Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycan Respublikasının Slovakiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

"Unikal" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Vüsal Hacımahmud oğlu Abdullayev Azərbaycanın Slovakiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.