16 ildir bütün həyatını Azərbaycanla bağlayan ABŞ vətəndaşı Nil Uilliams buradan getməyi ağlına belə gətirmir. 

"Unikal" xəbər verir ki, ABŞ-dən olan Nil Norveçin humanitar təşkilatının xətti ilə Azərbaycan bölgələrində işləyir. Məqsəd ev təsərrüfatlarında əl işlərinin istehsalını stimullaşdırmaq, məşğulluğa dəstək verməkdir.

"Buradan getmək mənim üçün çox çətin olardı. Çünki, ürəyim Azərbaycanladır. Əvvəllər biz satışın yalnız bölgələrdəki turistlərə edilməsini planlasaq da, sonda əlavə dəstək üçün İçərişəhərdə suvenir dükanını açmalı olduq. Layihənin ilk illərində vəziyyəti öyrənmək üçün bölgələri qarış-qarış gəzib Azərbaycan dilini də burada öyrənmişəm”, - deyə Nil bildirib.