Qazaxıstanda Karaqanda vilayətindəki şaxtada baş verən partlayışla əlaqədar olaraq 29 oktyabr ümummilli matəm günü elan olunub.
"Unikal" xəbər verir ki, bu barədə dövlət başçısı Kasım-Jomart Tokayev sərəncam imzalayıb. O, həmçinin hadiə yerinə gedib.
Xatırladaq ki, hadisə zamanı ölənlərin sayı 21 nəfərə çatıb. Mədəndə 23 nəfərin qaldığı bildirilir. Axtarış-xilasetmə tədbirləri davam etdirilir.