Xəbər verdiyimiz kimi, Sumqayıtda evə silahlı basqın olub. Hadisə nəticəsində 2 nəfər qətlə yetirilib, 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasında müalicəsi davam etdirilən ağır vəziyyətdə olan Türkiyə vətəndaşı 1985-ci il təvəllüdlü Sərkan Karakaş Bakıdakı özəl tibb müəssisələrindən birinə köçürülüb.

Sumqayıt Tibb Mərkəzi İctimaiyyətlə əlaqələr bölməsindən "Unikal" a verilən məlumata görə, 
1960-cı il təvəllüdlü Tərlan Fərəcova, 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsində müalicələrini davam etdirirlər. Vəziyyətləri orta ağırdır.

1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir.