İsrailin atəşə tutması və bombalaması nəticəsində Qəzza zolağında ölənlərin sayı 8 mini keçib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
"Son 24 saat ərzində qurbanların sayı 300-dən çox artıb", - departamentin “Əl Hadat” telekanalına istinadən verdiyi açıqlamada deyilir.
Daha əvvəl 7,7 min nəfərin öldüyü bildirilirdi.
Qeyd edək ki, oktyabrın 7-dən Qəzzada silahlı qarşıdurma başlayandan bəri 19 min adam yaralanıb.