Gəncədə 37 yaşlı kişi bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərdə fəaliyyət göstərən marketlərin birinin qarşısında qeydə alınıb. 1986-ci il təvəllüdlü Alim Qurbanov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Xəstəyə dərhal yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov