Şəmkirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1981-ci il təvəllüdlü İlqar Ormanov yolu keçmək istəyən zaman onu avtomobil vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov