Goranboy sakini evində ölü tapılıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 30-da Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbə sakini Səməndər Həsənovun yaşadığı evdə ölməsi faktı üzrə Xocalı rayon prokurorluğunda CM-in 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.