Bərdədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə Ağdam-Bərdə avtomobil yolunun rayonun Şirvanlı kəndindən keçən hissəsində qeydə alınıb. Beləki 1955-ci il təvəllüdlü İbrahimova Leyla Hüseyin qızı yolu keçmək istərkən Camal adlı şəxsin idarə etdiyi 90-EK-152 dövlət qeydiyyat nişanlı "VAZ-21015" markalı minik avtomobili onu vurub. Yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Həsən Adıgözəlov