İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkəsində paylaşım edib.
“Laziz Kudratov ilə ölkələrimizin iqtisadi əməkdaşlığının gündəliyində olan, ticarət dövriyyəsinin davamlı artımının dəstəklənməsi, Özbəkistanla ticari-iqtisadi və investisiya üzrə əməkdaşlığa dair yol xəritəsinin icrası, birgə istehsalın, energetika və sənaye sahəsində tərəfdaşlığın təşviqi məsələlərini nəzərdən keçirdik”, - deyə Mikayıl Cabbarov qeyd edib.