Milli Məclisin bu gün keçirilən iclasında bankların fazilərinin aşağı salınması təklif olunub.
"Unikal" xəbər verir ki, bu təkliflə deputat Siyavuş Novruzov çıxış edib. O bildirib ki, vətəndaşlarımızın orta və kiçik sahibkarlıqla məşğul olması üçün ala biləcəyi kreditlərin faizləri yuxarıdır: "Bunlar 14 faizdən başlayır. Keçmişdə daha yuxarı idi və tədricən aşağı salınıb. Bu gündə illik 14 faiz çoxdur. Hesab edirəm ki, bankların faizlərinin aşağı salınması olmalıdır".
S.Novruzov qeyd edib ki, bankların xarici banklarla əməkdaşlığı sıfır səviyyəsindədir: "Həmçinin, valyuta dəyişmə məntəqələrinin sayını artırmaq lazımdır. Rayonlarda qara bazar fəaliyyət göstərir. Rayon bazarlarının içərisində, müəyyən avtobus dayanacaqlarında əldə pullar dəyişilir və dövlətə hər hansı xeyir gəlmir".
O əlavə edib ki, bank sistemi ölkənin qan-damar sistemidir.
Anar Kəlbiyev