Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın sonunda MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşündə, sonra isə Sankt-Peterburqda Avrasiya İqtisadi İttifaqının (Aİİ) rəsmi iclasında iştirak edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlayıb.
"Bəli, biz İrəvandan siqnal aldıq ki, baş nazir dekabrın sonunda Sankt-Peterburqa gələrək, qeyri-rəsmi görüşdə (MDB) və Aİİ-nin rəsmi sammitində iştirak edəcək", - Uşakov bildirib.
Qeyd edək ki, Azərbaycan lideri İlham Əliyevin də MDB liderlərinin qeyri-rəsmi görüşünə qatılacağı gözlənilir.
Ağarza Elçinoğlu