"Azərbaycan, Gürcüstan və Türkiyə arasında münasibətlər strateji əhəmiyyət kəsb edir".

"Unikal" xəbər verir ki, unu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​Bakıda azərbaycanlı və gürcü həmkarları ilə görüşündə deyib.

O qeyd edib ki, Türkiyə bu əlaqələri inkişaf etdirmək əzmindədir.

“Biz Qafqazda sabitlik üçün çalışırıq, Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Region ölkələri öz problemlərini həll edə bilər. Bunu beynəlxalq ictimaiyyətə sübut etmək üçün biz İrəvanla Bakı arasında əlaqə saxlayırıq”, - türkiyəli nazir qeyd edib.