"Şamaxı" futbol klubuna yeni baş məşqçi təyin olunub.
Klubun mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, “Karvan”la oyundan sonra istefa verən baş məşqçi Vüqar Əsgərlinin yerinə tanınmış sabiq milli üzvü, baş məşqçi və hazırda klubun İdarə Heyətinin sədr müavini Ramiz Məmmədov gətirilib.
Ramiz Məmmədov İdarə heyətinin sədr müavini olmaqla yanaşı, mövsümün sonuna kimi komandanın baş məşqçisi kimi də fəaliyyət göstərəcək.