Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start verilib.
"Unikal" xəbər verir ki, bu günə nəzərdə tutulan beş görüşdən üçü artıq başa çatıb.
Doğma meydanda “Cəbrayıl”ı 4:0 hesabı ilə məğlub edən MOİK 1/8 finalda “Qarabağ”a rəqib olub.
“Karvan” evdə “Difai Ağsu” komandasını 1:0, “İrəvan” isə səfərdə “Araz Saatlı”nı 4:1 hesabı ilə üstələyib.
Növbəti mərhələdə Yevlax təmsilçisi “Lerik” - “Sumqayıt” duelinin, “İrəvan” isə "Kür-Araz" - “Araz-Naxçıvan” cütünün qalibi ilə qarşılaşacaq.