Ukrayna Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində daha bir sazişdən çıxıb.
"Unikal" xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin müvafiq fərmanı onun ofisinin rəsmi saytında dərc edilib.
Fərmana əsasən, Ukrayna MDB-yə üzv dövlətlər arasında hərbi personalın sosial və hüquqi təminatları haqqında sazişdən çıxıb.