Yeni istifadəyə verilən Bakı-Quba-Rusiya sərhədinə gedən ödənişli yolun Xaçmazdan keçən hissəsində "Nissan-X-Trail" markalı avtomobil aşıb.
"Unikal" xəbər verir ki, TƏBİB ödənişli yolda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi barədə açıqlama yayıb.
Qurumdan bildirilib ki, 1964-cü il təvəllüdlü vətəndaş 28.11.2023-cü il tarixində saat 19:00 radələrində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
“Vəziyyəti ağır olan pasiyentə qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, qarının küt travması, qabırğaların çoxsaylı sınıqları diaqnozu qoyulub. Həkimlərin səylərinə baxmayaraq, pasiyent saat 20:39 radələrində vəfat edib”, - deyə açıqlamada qeyd edilib.
*** 21:05
Ödənişli yolun Xaçmaz rayonundan keçən hissəsində ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı ikiyə çatıb.
“Unikal”ın məlumatına görə, qəzada xəsarət alan şəxs -1964-cü il təvəllüdlü Babayev Xalis Abiddin oğlu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da həkimlərin səylərinə baxmayaraq o dünyasını dəyişib.
Onun həyat yoldaşı 1968-ci il təvəllüdlü Babayeva Təranə Ənvər qızı isə hadisə yerində aldığı xəsarətlərdən ölüb.
Seymur Əli
xxx
20:29
Ödənişli yolda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Unikal”ın məlumatına görə, “Nissan X-Trail” markalı avtomobil yeni istifadəyə verilən ödənişli yolda idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Hadisə nəticəsində Qusar rayon sakinləri - 1964-cü il təvəllüdlü Babayev Xalis Abiddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Onun həyat yoldaşı 1968-ci il təvəllüdlü Babayeva Təranə Ənvər qızı isə hadisə yerində aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.