Litva “Ukrayna taxılı” beynəlxalq proqramı çərçivəsində onun ixracını maliyyələşdirmək üçün 2 milyon avro ayırıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qərar Litva hökumətinin keçirdiyi iclasın yekununda qəbul edilib.

“Taxıl təşəbbüsü müharibənin qlobal ərzaq bazarında mənfi nəticələrinin azaldılmasında və Litvanın 2 milyon avro ayırdığı Ukraynanın taxıl ixracı imkanlarının gücləndirilməsində mühüm rol oynayır”, - məlumatda qeyd edilib.