Oğuz rayon sakini sənədsiz ov tüfəngini polisə təhvil verib, Göyçay sakinindən isə qanunsuz saxladığı odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması,daşınması və satılması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbir zamanı rayon sakinindən müvafiq sənədləri olmayan “İJ” markalı tüfəng aşkar edilərək götürülüb.
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş profilaktiki tədbirlər nəticəsində isə Xalxal kənd sakini qanunsuz olaraq saxladığı ov tüfəngini könüllü olaraq polisə təhvil verib.