Şabran Rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olduqları zaman yol kənarından 1 ədəd “AK-74” markalı avtomat, 3 ədəd patron darağı və 110 ədəd müxtəlif çaplı güllə aşkar edərək götürüblər.

Bu barədə "Unikal"a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Fakt üzrə Şabran RPŞ-də müvafiq araşdırma aparılır.