Daxili İşlər Nazirliyi Zərdab rayonunda şagirdin bədbəxt hadisə nəticəsində vəfat etməsi barədə açıqlama yayıb. 

"Unikal"ın məlumatına görə, bildirilib ki, qeyd edilən hadisə səhər saatlarında rayonun Əlvənd kəndi ərazisində baş verib:

“T. Feyzullayev idarə etdiyi nəqliyyat vasitəsilə hərəkətdə olan zaman məktəblini vurub. Məktəbli xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Zərdab RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır”.

*** 14:05

Zərdabda 2-ci sinif şagirdi vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə onun təhsil aldığı H.Zərdabi adına Əlvənd kənd tam orta məktəbinin sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"Bu gün məktəbimizin ll sinif şagirdi Zülfüqarlı Nuray Vəkalət qızı səhər məktəbə gedərkən bədbəxt hadisə nəticəsində dünyasını dəyişib", - deyə paylaşımda bildirilib.