Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında hava əməliyyatı keçirib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, İraqın şimalında Qara, Metina, Hakurk və Qəndil bölgələrində terrorçuların hədəflərinə zərbələr endirilib.

Qeyd olunub ki, Türkiyə vətəndaşlarının və sərhədlərinin təhlükəsizliyi, eləcə də terrorçular tərəfindən planlaşdırılan hücumların qarşısının alınması məqsədilə keçirilən əməliyyat zamanı terror təşkilatına məxsus 16 hədəf məhv edilib.

22:23

Milli Müdafiə Nazirliyi İraqın şimalında yeni hava əməliyyatı həyata keçirildiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi 16 terrorçu hədəfin məhv edildiyini açıqlayıb.