İran, Rusiya və Çin birgə hərbi dəniz təlimi keçirəcək.
"Unikal" xəbər verir ki, bu barədə İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İrani bildirib: "Birgə təlimlərdə üç əsas ölkə İran, Rusiya və Çin iştirak edəcək.
Təlimə qonaq qismində ölkələr də dəvət olunub. Pakistan, Braziliya, Oman, Hindistan, Cənubi Afrika Respublikası və Xəzər hövzəsindəki bəzi qonşu ölkələri də müşahidəçi qismində dəvət etmişik".