Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniyanın “Eqnatiya” klubunda növbəti qolunu vurub.
"Unikal" xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi XV turda “Vlazniya”ya qarşı keçirilən ev oyununda fərqlənib.
Təcrübəli oyunçu 41-ci dəqiqədə rəqib qapısına yol taparaq, ilk hissədə yekun hesabı müəyyənləşdirib – 3:0. Bu, futbolçumuzun Albaniya çempionatında beşinci qolu olub.