Bu ilin noyabr ayında Türkiyə ixracatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz artaraq 23 milyard 11 milyon dollara çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömer Bolat bildirib. Bununla da ölkə tarixinin aylıq ixrac rekordu yenilənib.

Nazir qeyd edib ki, bütün çətinliklərə baxmayaraq, ölkədə iyul ayında başlayan ixracat artımı avqust-noyabr aylarında da davam edərək rekord səviyyəyə çatıb.

Son 11 ayda Türkiyə ixracatı 232,9 milyard ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz artım deməkdir.