Reper Basta (Vasili Vakulenko) Sankt-Peterburqdakı “Qazprom Arena”da verdiyi konsertdən sonra qəza keçirib.

"Unikal" xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb. Hadisə axşam saat 22:30 radələrində Cənub yolunda baş verib.

Bastanın qara rəngli “Maybach” markalı avtomobili digər maşınla toqquşub və qar uçqunu olub. Hadisənin görüntüləri kameralara düşüb. Əvvəlcə sənətçinin nümayəndələri qəza haqqında heç nə bilmədiklərini söyləyiblər, Bastanın 65 min insanın iştirak etdiyi möhtəşəm konsertdən sonra restoranda nahar etdiyini deyiblər.

Bir az sonra onlar məlumat veriblər. Reper qəza zamanı avtomobilin arxa oturacağında əyləşib və hadisədən sonra restorana gedib. Avtomobilin təhlükəsizlik yastıqları açıldığı üçün heç kim xəsarət almayıb. İlkin məlumata görə, qəzanın digər iştirakçıları da ciddi xəsarət almayıblar.