Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki köşklərə qeyri-qanuni yolla daxil olaraq oradan nağd pul, tütün, energetik içki digər satış mallarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Unikal"a verilən məlumata görə, araşdrımalar zamanı məlum olub ki, əvvəllər məhkum olunmuş Xalıq Məmmədov cari ilin noyabr ayında şəhər ərazisində fəaliyyət göstərən 2 köşkə qeyri-qanuni yolla daxil olaraq ümumi dəyəri 5 min manata yaxın müxtəlif əmtəə mallarını və nağd pul vəsaitlərini oğurlayıb.
Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.