Astara rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, Astara rayonunun Deqadi kəndində ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və eyvanı yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.