Çirkli pulların yuyulması, vergidən yayınma və təşkilat üzvü olmaqda ittiham edilərək həbs edilən Dilan Polat və Engin Polat cütlüyünün Özbəkistan əsilli köməkçisi Şule saxlanılıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şule ilə yanaşı Dilan Polatın həbsindən sonra villasında məskunlaşan qohumu da saxlanılaraq polis idarəsinə aparılıb.
Yoxlamalar zamanı Şulenin oturma icazəsinin bitdiyi, qohumu K. Nərgizin isə 9 ay əvvəl ölkəyə turist vizası ilə daxil olduğu və hazırda Türkiyədə qeyri-qanuni yaşadığı müəyyən edilib.
Onların işinə baxıldıqdan sonra hər ikisi deportasiya ediləcək.