"Amerika Birləşmiş Ştatlarının köməyi olmadan Ukrayna müharibəni uduza bilər". 

"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak deyib.  

Vaşinqtona səfəri zamanı o, Konqresi Ukraynaya əlavə maliyyə ayrılmasını təsdiqləməyə çağırıb.

"Hazırda Konqresdə müzakirə olunan yardım gecikərsə - qəbul edilməməsini nəzərdə tutmuram - bu, bizim üçün böyük risk yaradacaq. Və əlbəttə ki, ərazilərin azad edilməsini davam etdirmək qeyri-mümkün olacaq və müharibəni uduzacağıq". 

Yermak əlavə edib ki, Ukraynanın təkcə hərbi yardıma deyil, həm də büdcə dəstəyinə ehtiyacı var. 

Gülayə Mecid