2018-ci ildə İnqilabı həyata keçirən xalqın ən böyük gözləntisi ədalət və korrupsiyanın aradan qaldırılması idi.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışında deyib. 

O bildirib ki, bu gözləntilər hələ də qalmaqda davam edir: "Bu da onların tam reallaşmadığını göstərir. Çoxları gözləyirdi ki, inqilabi ədalət bərqərar olacaq, yəni mülklərin müsadirəsi, hətta Fransa İnqilabı zamanı terror adlandırılan konkret şəxslərin konkret üsullarla cəzalandırılması da daxil olmaqla, meydanlarda hökmlər çıxarılacaq və həyata keçiriləcək. Amma biz sadə bir səbəbdən o yola getmədik. Biz Oktyabr sosialist inqilabını yox, sevgi və həmrəylik inqilabını etdik və söz verdik ki, Ermənistanda heç bir vendetta olmayacaq".

Ağarza Elçinoğlu