2007-ci ildə AGOS qəzetinin baş redaktoru Hrant Dinki qətlə yetirən Ogün Samast azadlığa buraxıldıqdan sonra bu gün hakim qarşısına çıxıb. İttihamnamə ilə tanış ola bilməyəcəyini bildirən Samastın müdafiə üçün əlavə vaxt tələbi qəbul edilib. Məhkəməni tərk edən Samastın xaricə çıxışına qadağa qoyulub.

"Unikal" xəbər verir ki, Samast 6 mart 2024-cü ildə keçiriləcək iclasda müdafiə çıxışı edəcək.
“Aqos” qəzetinin baş redaktoru Hrant Dinkin qatili və bu yaxınlarda azadlığa buraxılan Ogün Samast haqqında “xaricə çıxış qadağası” şəklində məhkəmə nəzarəti tədbirinin tətbiqinə qərar verilib. Samastın 6 mart 2024-cü ildə keçiriləcək iclasda müdafiə çıxışı gözlənilir.