Almaniyanın "Bayern" klubu yeni futbolçu transfer edib.
"Unikal" Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, İspaniyanın "Qranada" klubundan Brayan Saraqosa heyətə cəlb olunub.
22 yaşlı ispan vinger mövsümün sonuna qədər La Liqa klubunda qalacaq. O, yeni komandasında yayda qoşulacaq. Tərəflər 5 illik müqavilə bağlayıblar.
Saraqosa bir dəfə İspaniya millisinin də formasını geyinib.
Transferin “Bayern”ə 14 milyon avroya başa gəldiyi iddia olunur.