"Zəlzələdən sonra afterşoklar olacaq".

Bunu “Unikal”a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, afterşoklar hiss olunmaya bilər:

"Bugünkü zəlzələ iyul ayında Xəzər dənizində baş verən ocaqda olub. Zəlzələ həmin yerdədir, həmin qırılma boyudur. O zaman da 6-7 afterşok olmuşdu. Heç biri də hiss olunmamışdı. Əhalini narahat olmamağa çağırıram".