Neft qiymətləri ötən gün iyuldan bəri ən aşağı səviyyəyə endikdən sonra cümə axşamı stabilləşib.
"Unikal" xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 1 barel üçün 74,69 ABŞ dolları təşkil edib və bu da əvvəlki sessiyanın yekun qiymətindən 0,52 % çoxdur.
Nyu-York əmtəə birjasında WTI markalı neftin yanvar fyuçersləri 0,55 % bahalaşaraq 1 barel üçün 69,76 ABŞ dolları olub.