“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində gələn il seçkilərin keçirilməsi və statistika tədbirləri üçün 110 935 344,0 manat vəsait ayrılması proqnozlaşdırılır.

"Unikal" xəbər verir ki, bu rəqəm 2023-cü illə müqayisədə 2,3 dəfə çoxdur. Belə ki, 2023-cü ilin dövlət büdcəsində eyni məqsədlə 46 730 295,0 manat nəzərdə tutulub.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyevin bu gün imzaladığı sərəncamla gələn il fevralın 7-də növbədənkənar Prezident seçkiləri elan olunub. 2024-cü ilin dekabrında isə Bələdiyyə seçkilərinin keçirilməsi gözlənilir.