"2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında bir günlük antiterror tədbirləri nəticəsində dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olması həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib. MM sədri bildirib ki, 2024-cü ilin fevralın 7-də təşkil ediləcək növbədənkənar prezident seçkiləri bu reallıqları təsbit edir.
"Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər ölkəmizin bütün ərazisində keçiriləcək. Növbədənkənar prezident seçkilərini Zəfər seçkiləri də adlandırmaq olar".
Anar Kəlbiyev