Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropa və Çempionlar Liqasında və ən çox qələbə qazanan baş məşqçilərin adlarını açıqlayıb.
"Unikal" IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, italiyalı çalışdırıcı Karlo Ançelotti 202 oyunda 117 qələbə ilə siyahıya başçılıq edir.
Şotlandiyalı Aleks Ferqyuson (214 oyun, 115 qələbə) ikinci, ispaniyalı Pep Qvardiola isə (170 oyun, 109 qələbə) üçüncü pillədə qərarlaşıb.
Ən çox qələbə qazanan baş məşqçilər:
Karlo Ançelotti (İtaliya) - 202 oyun, 117 qələbə
Aleks Ferqyuso (Şotlandiya) - 214 oyun, 115 qələbə
Pep Qvardiola (İspaniya) - 170 oyun, 109 qələbə
Arsen Venger (Fransa) – 208 oyun, 103 qələbə
Joze Mourinyo (Portuqaliya) – 151 oyun, 81 qələbə
Luis van Qaal (Niderland) – 101 oyun, 63 qələbə
Rafael Benitez (İspaniya) - 111 oyun, 63 qələbə
Jürgen Klopp (Almaniya) – 104 oyun, 60 qələbə
Mirça Luçesku (Rumınıya) – 152 oyun, 59 qələbə
Otmar Hitsfeld (Almaniya) – 101 oyun, 50 qələbə