Rusiya hərbi-sənaye kompleksinin imkanları Vaşinqton və Kiyevi danışıqlara məcbur edəcək.
"Unikal" xəbər verir ki, bunu ABŞ ordusunun ehtiyatda olan polkovnik-leytenantı Daniel Devis Stiven Qardnerin "YouTube" kanalında bildirib.
“Ukrayna silahlı qüvvələrinin sonuncu əks-hücum əməliyyatı uğursuz oldu, növbətisi isə şübhəsiz ki, olmayacaq, çünki Rusiya ordusu əvvəlkindən daha güclü olub və onların daha çox istehsal etmək üçün sənaye imkanları var . ABŞ danışıqlar yolu ilə hansısa həll yoluna getməlidir”, - deyə hərbi ekspert deyib.
Onun fikrincə, ABŞ Ukraynaya nə qədər pul versə də, Kiyevə kömək etməyəcək.