İspaniyada ifrat sağçı “Vox” partiyasının lideri Santyaqo Abaskalın baş nazir Pedro Sançesin “onu ayağından asmaqla” hədələməsi ölkədə mübahisə yaradıb. 

"Unikal" xəbər verir  ki, o  Argentinanın "Clarin" qəzetinə müsahibəsində İspaniyadakı separatçı katalonlara qarşı əfv təşəbbüsünə toxunaraq, Baş nazir Sançesi günahlandırıb. Onu qanunu və milli birliyi pozmaqda ittiham edib. 

“İspan xalqının Sançesi ayağından asmaq istəyəcəyi bir dövr gələcək” deyən Abaskalın açıqlaması həm Sançesin rəhbərlik etdiyi Sosialist İşçi Partiyası (PSOE), həm də sağçı Xalq Partiyası (PP) tərəfindən sərt şəkildə tənqid edilib. 

Hökumət  bəzi muxtar administrasiyalarda "Vox" ilə əməkdaşlıq edən PP-ni bu partiya ilə əlaqələrini kəsməyə çağırıb. 

Gülayə Mecid