Rusiya prezidenti Vladimir Putin "Krasnoyarsk" nüvə sualtı qayığı və "İmperator III Aleksandr" atom sualtı qayığı üzərində Rusiya bayrağının qaldırılması mərasimində çıxış edib. 

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Rusiya liderinin sözlərinə görə, "Yasen-M" sinifli çoxməqsədli nüvə sualtı gəmiləri nəhəng silahlara malikdir: "Onlar uzaq mənzilli, yüksək dəqiqlikli raketlərlə təchiz olunub və həm yerüstü hədəfləri, həm də sahil hədəflərini vura bilir". 

Bundan əlavə, Putin vurğulayıb ki, Rusiyanın hərbi-dəniz qüdrətini gücləndirmək üçün yaxın illərdə üç strateji raketdaşıyıcı buraxılacaq. 

Ağarza Elçinoğlu