Bu il Şuşaya 1000-dən çox turistin səfəri və gecələməsi təşkil olunub.

"Unikal" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov deyib.

O bildirib ki, gələcəkdə bunun artırılması, əlavə turizm məhsullarının yaradılması nəzərdə tutulub.