Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputatlar Məlahət İbrahimqızı, Ramin Məmmədov, Fəzail Ağamalı, Nizami Cəfərov, Əziz Ələkbərli, Cavanşir Feyziyev, Naqif Həmzəyev və Anar İsgəndərov Türkiyəyə səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Şamil Ayrım və qrup üzvləri ilə grüşüblər.

"Unikal" xəbər verir ki, Azərbaycandan olan millət vəkillərini səmimiyyətlə salamlayan TBMM-də Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım iki qardaş ölkənin parlamentlərarası əlaqələrin inkişafından və bundan sonrakı əməkdaşlıq platformasından danışıb.

Görüşdə Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov isə bildirib ki, “Türkiyə bizim üçün nəyinki, hərbi-siyasi-iqtisadi cəhətdən ən yaxın strateji müttəfiqimiz həmdə dost və qardaş ölkədir. Tarixi köklərimizdən gələn və iki dövlət liderinin mökəmləndirdiyi dostluq və qardaşlığımız əbədidir.”  Sonda Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Şamil Ayrım tərəfindən Azərbaycan nümayəndə heyətinin şərəfinə şam yeməyi təşkil edilib.