Amerikalı model Anok Yai 2023-cü ilin ən yaxşı modeli olub.

"Unikal" xəbər verir ki, müsabiqənin nəticələri “Models” portalının rəsmi saytında elan edilib.

Bildirilir ki, məşhur fotoqraflar, dizaynerlər, redaktorlar və stilistlərdən ibarət peşəkar münsiflər heyətinin səslərini hesabladıqdan sonra 26 yaşlı model siyahıda birinci olub. Oxucular da Yaiyə səs veriblər.