Prodüser Scooter Braun ilə müəllif hüquqları mübahisəsinə görə köhnə albomlarını "1989 - Taylor's Version" adı ilə yenidən yazdıran Taylor Svift "1989" adlı albomunu yenidən təqdim edib.

"Unikal" xəbər verir ki, "Billboard" musiqi cədvəlində birinci yeri yenidən qazanan Svift məşhur müğənni Elvis Preslinin rekordunu qırıb.

Musiqi karyerası boyunca aldığı mükafatlarla tarix yazan amerikalı müğənni "Billboard" jurnalı tərəfindən "İlin ən böyük pop ulduzu" seçilib.