Türkiyəli aktrisa Aslıhan Günerin yeni layihəsi bəlli olub.
"Unikal" xəbər verir ki, aktrisa "Yalan" serialında rol alacaq. O, ekran işində "Melike" obrazı ilə izləyicilərin qarşısına çıxacaq.
Layihədə onun tərəf müqabili aktyor Emir Benderlioğlu isə "Cengiz" obrazına həyat verəcək.
Qeyd edək ki, Emir hazırda "Teşkilat" serialında da rol alır.