Mərhum "Pop kralı" Maykl Ceksonun qardaşı, müğənni və “The Jackson 5” qrupunun üzvü Cermeyn Ceksona təcavüzdə ittiham olunub.
"Unikal" xəbər verir ki, o, Rita Barrett adlı qadın tərəfindən məhkəməyə verilib. Rita musiqiçini evinə girib ona təcavüz etməkdə ittiham edib. Onun sözlərinə görə, hadisə 1988-ci ildə baş verib.
Cermeyn ona qarşı irəli sürülən ittihamlara münasibət bildirməyib.
Qeyd edək ki, daha əvvəl M.Cekson 1993-cü ildə pedofiliyada ittiham olunmuşdu.