Xəbər verdiyimiz kimi, bu gün Səudiyyə Ərəbistanında oynanılması planlaşdırılan "Fənərbaxça" - "Qalatasaray" Superkubok final matçı ləğv edilib. 

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, insidentdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşinin istefasını istədiyi iddia edilib. 

Qeyd edək ki, futbolçulara Atatürk köynəkləri geyinərək isinmə hərəkətlərinə icazə verilmədiyi üçün final matçı təxirə salınıb.