Kraudfandinq operatorunun idarəetmə funksiyalarını yerinə yetirən şəxslərə dair tələblər müəyyən edilir.
"Unikal" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kraudfandinq haqqında” yeni qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, operatorun idarəetmə funksiyalarını yerinə yetirən şəxsləri aşağıdakı tələblərə cavab verməlidir:
5.1.1. ali təhsilli olmalı;
5.1.2. azı biri Mərkəzi Bank tərəfindən tənzimlənən və nəzarət olunan maliyyə xidmətlərinin göstərildiyi fəaliyyət sahələrində 3 (üç) illik iş təcrübəsinə malik olmalı;
5.1.3. vətəndaş qüsursuzluğuna malik olmalı.
5.2. Bu Qanunun 19.1.2 – 19.1.5-cı maddələrində nəzərdə tutulan əsaslar üzrə operatorun reyestrdən çıxarılması barədə qərarın qəbul edildiyi tarixdən, yaxud operatorun və ya maliyyə bazarlarında fəaliyyət göstərən Mərkəzi Bankın digər nəzarət subyektlərinin maliyyə vəziyyətinin pisləşməsi və prudensial tələbləri pozmaqla əlaqədar onların məcburi ləğv edilməsi, müflis elan edilməsi barədə qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən az olmayan müddətdə həmin operatorun və ya nəzarət subyektinin fəaliyyət strategiyasının müəyyən edilməsi və qərarların qəbul edilməsi proseslərində iştirak etmiş idarəetmə funksiyalarını yerinə yetirmiş şəxs müvafiq qərarın qəbul edildiyi tarixdən etibarən 3 (üç) il ərzində operatorun idarəetmə funksiyalarını yerinə yetirən şəxs ola bilməz. Operatorun idarəetmə funksiyalarını yetirən yetirən şəxs həmçinin 3 (üç) ildən az olmayan müddət ərzində Mərkəzi Bankın tələbi ilə hər hansı digər nəzarət subyektində vəzifəsindən azad edilmiş şəxs (barəsində işə bərpa olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər istisna olmaqla) ola bilməz.
5.3. Operatorun idarəetmə funksiyalarını yerinə yetirən şəxslər barədə reyestrdə dəyişikliklər edilməsi üçün Mərkəzi Banka ünvanlanan müraciətə həmin şəxslərin bu Qanunun 5.1-ci maddəsinin tələblərinə uyğunluğunu təsdiq edən məlumatlar və sənədlər əlavə edilir.
Anar Kəlbiyev















.png)
























.jpg)






.png)


