Ukrayna prezidenti Volodimir Zelenski, eləcə də müdafiə naziri Rustem Umerov ölkəni Rusiyanın hücumlarından qoruya bilmədiklərinə görə istefaya getməlidirlər.

"Unikal" xəbər verir ki,  bu barədə Ukraynanın keçmiş baş naziri Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin öz teleqram kanalında yazıb. 

Onun sözlərinə görə,əgər Ukraynanın indiki hökuməti öz işini davam etdirsə, tezliklə belə bir dövlət olmayacaq.

Politoloqun fikrincə, Zelenski və Umerov Rusiya prezidenti Vladimir Putinə müqavimət göstərə bilmədiklərinə, pul və silah olmadığına görə danışıqlara oturub atəşkəs elan etməlidirlər.

Gülayə Mecid